Azərbaycanın “Xalq Sığorta” şirkəti səyahət sığortası üzrə növbəti ödənişini edib.
Şirkətin baş ofisindən FED.az saytına verilən məlumata görə, səyahət sığortasını “Xalq Sığorta”dan əldə edən müştəri Litvada səfərdə olarkən soyuqdəymə səbəbindən bronxlarında problem yaranmış və müalicə almışdır.
Məlumatda bildirilir ki, müalicə xərcləri “Xalq Sığorta” tərəfindən qarşılanaraq, müştəriyə 502 AZN ödəniş edilib.
“Xalq Sığorta” Litvada xəstələnən müştərisinə pul ödəyib
22:11
12 Fev 2019