Xalq Sigorta
Xalq Sığorta şirkəti çoxlu sayda vakansiya elan edib. Vakansiyaları təqdim edirik.
Əməliyyat şöbəsinə mütəxəssis
Əsas vəzifə öhdəlikləri
– Sığorta müqavilələrinin düzgün yazılması;
– Məlumat bazasına məlumat daxil etməklə müqavilələr üzrə məlumatların işlənilməsi;
– Sənədlərin dəqiqliklə yoxlanılması.
– Müştəri qəbulu və sənədlərin ekspertizası
– Dövlət orqanları, banklara, müvafiq orqanlara sorğu və məktubların hazırlanması
– Sığorta aktlarının, rəylərinin, imtina məktublarının hazırlanması
– Müəyyən edilmiş qaydada sığorta müqavilələri ilə bağlı ərizə və digər sənədləri qəbul etmək
– Ofis üzrə ciddi hesabat hlanklarının dövriyyəsinə nəzarət
Namizədə tələblər
– Yaş: 20-35
– Cinsi: Xanım
– Təhsil: Ali
– İş təcrübəsi: müştəri xidmətləri üzrə iş təcrübəsi olanlara üstünlük verilir
– Dil bilikləri: Azərbaycan, İngilis, Rus (əla)
– Kompyuter bilikləri: MS Office yaxşı səviyyədə bilməsi
Şəxsi keyfiyyətlər
– Müxtəlif düşüncə və dünya görüşünə malik olan insanlarla ünsiyyət qurmaq bacarığı
– Fikrini dəqiq, lokanik və özünə əminliklə təqdim etmə bacarığı
– Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı
– Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
– Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
Şərtlər:
– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “əməliyyat şöbəsinə mütəxəssis” qeyd etmələri xahiş olunur.
Təkrarsığorta və anderrayter
Namizədə tələblər
• Təhsil: Ali ( riyaziyyat və ya iqtisadiyyat sahəsində )
• Yaş: 23-35
• Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və İngilis dili (əla)
• Microsoft Office proqramlarını bilmək
• Bazar iqtisadiyyatının prinsplərini bilmək
• Cİİ sertifikatlarına malik olmaq
• Sığorta qanunvericiliyini bilmək
Əsas vəzifə öhdəlikləri
• Çıxan fakultativ / obliqator təkrarsığorta müqavilələrinin hazırlanmasına nəzarət
• Çıxan təkrarsığorta üzrə sığorta haqqı və zərər borderolarının hazırlanmasına nəzarət və təkrarsığortaçalara göndərilməsi
• Satış bloklarından daxil olan sorğuların cavablandırılması
• Risklərin qiymətləndirilməsi və təkliflərin hazırlanması
• Sığorta məhsullarının hazırlanmasında iştirak
Şəxsi keyfiyyətlər
• Analitik təhlil və operativlik bacarığı
• Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi
• Komandanın bir üzvü olmaq üçün, yeni iş mühitinə və kollektivə tez uyğunlaşmaq bacarığı
İş şərtləri
• Əmək müqaviləsi bağlanılır
• İş vaxtı 09:00 – 18:00
• İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
• Əmək haqqı müsahibə əsnasında bildiriləcək
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Təkrarsığortaçı və anderrayter” qeyd etmələri xahiş olunur.
Sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis
– Baş vermiş Sığorta hadisələrini qeydiyyata alınması, qiymətləndirilməsi, sığorta təminatinin müəyyənləşdirilməsi və sığorta müqavilələrinin yoxlanılması
– Sığorta aktlarının tərtib edilməsində iştirak etmək;
– Qiymətləndirmə ilə əlaqədar müştərilərlə yarana biləcək mübahisələrin həlli istiqamətində müştərilərlə görüşlərin keçirilməsi
– Sığorta hadisələri üzrə mütəxəssisin funksiyası
– Statistik məlumatların qeydiyyatı və hesabatların verilməsi
– İşlərin açılması və qovluqların hazırlanması
– Məktubların hazırlanması
– Departament direktoru tərəfindən verilən digər tapşırıqların vaxtında yerinə yetirilməsi
Tələblər:
Ən azı 1 il iş stajı
Ali tibbi təhsil
Kollektivdə işləmə bacarığı
Zərərlərin qiymətləndirilməsi üzrə mütəxəssisin funksiyaları
Şərtlər:
– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Sığorta hadisələrinin tənzimlənməsi üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.
Mühasib
– Gündəlik və aylıq hesabatların tərtib edilməsi
– Pul vəsaitlərinin hərəkəti ilə bağlı əməliyyatların mühasibat hesabatlarında əks etdirilməsi
– Müştərilər tərəfindən edilən ödənişlərin uçotu və gündəlik nəzarət edilməsi
– Bank, kassa əməliyyatlarının uçotu
– Borcların ödənilməsinə dair hesabatların hazırlanması
– Mədaxil – məxaric orderlərinin aparılması
– İşçilərin əmək haqlarının normativ sənədlər əsasında ödənilməsini təmin edmək
– Rəhbərlik tərəfindən verilən əlavə xidməti tapşırıqların yerinə yetirilməsi
– İş qrafiki: Həftədə 5 gün, 09:00-dan 18:00-dək
Namizədə tələblər
– Xüsusi tələblər: stressə davamlılıq, detallara qarşı diqqətlilik, analitik düşüncə tərzi, müxtəlif tipli insanlarla rahat ünsiyyət yaratmaq qabiliyyəti, problemlərin müstəqil həll edə bilmə bacarığı
– Təhsil: Ali
– Minimum 2 il əlaqəli iş təcrübəsi
– Sərbəst Azərbaycan və Rus dili vacibdir
– Kompüter bilikləri : Excell, Word , Outlook
– Məsuliyyətli, operativ,dəqiq və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
– İqtisadiyyat, maliyyə və bənzər sahələr üzrə ali təhsilli
Şərtlər:
– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Mühasib” qeyd etmələri xahiş olunur.
Hüquqşünas
Əsas vəzifələr
– Müvafiq sahədə tətbiq olunan müvafiq prosedurlar və tətbiq olunan praktikalar da daxil olmaqla, hüquqi təhlili aparılması.
– Hüquqi məsələləri müəyyənləşdirmək və müvafiq praktik həllər təklif etmək.
– Müştəri istəklərini hüquqi siyasət və prosedurlarına uyğunlaşdırmaq.
– Müxtəlif məsələlər və ya praktikalar üzrə hüquqi sənədlərin hazırlanması, nəzərdən keçirilməsi, koordinasiyası və yekunlaşdırılması.
– Müstəqil qərar qəbul etmək bacarığı və yetkinliyi
– Müstəqil və ya minimal nəzarət ilə hərtərəfli hüquqi araşdırma aparmaq bacarığı
Əsas xüsusiyyətlər və təcrübə
– Magistr dərəcəsi tələb olunur.
– Hüquqşünas olaraq bank və sığorta şirkətində 5 illik daxili (korporativ) iş təcrübəsi.
Əsas bacarıq və səlahiyyətlər
– Azərbaycan və rus dillərində mükəmməl bilik (yazılı və şifahi);
– İngilis dili arzuolunandır
– Effektiv kompüter savadlılığı
– Kollektivlə normal ünsiyyət, iş yoldaşlarını hörmət və dəstək
Şərtlər:
– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Hüquqşünas” qeyd etmələri xahiş olunur.
Korporativ satış şöbəsinin mütəxəssisi
İş barədə məlumat
– Potensial müştərinin cəlb edilməsi məqsədi ilə birbaşa əlaqənin qurulması və onlarla görüşlərin keçirilməsi
– Müştərilərin tələblərini nəzərə alaraq, uyğun sığorta məhsulunu təklif etmək
– Sığorta qaydaları haqqında müştərinin dəqiq məlumat almasında ona köməklik göstərmək
– Sığorta məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək
– Yeni və mövcud müştərilər üzrə məlumat bazasını aparmaq
– İşlədiyi şöbənin fəaliyyəti ilə bağlı bilavasitə öz rəhbərinin xidməti tapşırıqlarını yerinə yetirmək.
Namizədə tələblər
– Yaş: 23-40
– Xoş xarici görünüşlü bəy və xanım namizədlər
– Təhsil: Ali
– İş təcrübəsi: Müştəri xidmətləri, satış sahəsində (həmçinin sığorta və ya bank sahəsində) olanlara üstünlük verilir
– Dil bilikləri: Azərbaycan dili (əla), Rus dili(əla) və əlavə olaraq İngilis dili (arzuolunandır
Şərtlər:
– Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
– Şirkət tərəfindən korporativ nömrə və danışıq vaxtı verilir
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “Korporativ satış şöbəsinin mütəxəssisi” qeyd etmələri xahiş olunur.
İnformasiya və texnologiyalar üzrə mütəxəssis
İş barədə məlumat
– İstifadəçi kompüterlərinə nəzarət və ortaya çıxan problemlərin operativ həlli
– İT avadanlıqlarının quraşdırılması və ortaya çıxan problemlərin həlli
– Mövcud sistem əsasında qurulan proqram təminatlarında işləmək
– Serverlərdə yaranmış nasazlıqları aradan qaldırmaq
– Kamera, printer və kompüter şəbəkələrində yaranmış nasazlıqların aradan qaldırılması
– Ümumi sistem və tətbiqi proqram vasitələrini (əməliyyat sistemləri, ofis proqramları və s.) qurmaq və düzgün işləməsinə nəzarət etmək
– Antivirus proqram təminatının siyasətinin tələblərinin yazılması və izlənməsi
– Serverdə müəyyən olunmuş İT təhlükəsizlik standartlarına uyğun tələblərin qoyulması və sistemin qorunması
– Avadanlığın müəyyən olunmuş İT təhlükəsizlik standartlarına uyğun sazlanması
– Proqram təminatının monitorinqi və boşluqların vaxtında aradan qaldırılması
Şərtlər:
– İş qrafiki: 09:00-dan 18:00-dək
– 5 günlük iş rejimi
Namizədə tələblər
– Ali təhsilli
– Yaş həddi- 25-45 yaşlarında bəylər
– Dil bilikləri-Azərbaycan (ingilis dili arzuolunandır)
– Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı
– Kompüter təmiri, formatı, şəbəkə qurma və dizayn hazırlanmasını bilməli
Əmək müqaviləsi bağlanılır
– İş vaxtı: 09:00-dan 18:00-dək
– İş günü 5/2 (şənbə və bazar günləri, dövlət bayramları və milli hüzn günü qeyri-iş günləridir)
Vakansiya ilə maraqlanan namizədlərdən CV’lərini [email protected] -mail ünvanına göndərmələri və e-mailin mövzu hissəsində mütləq “İnformasiya və texnologiyalar üzrə mütəxəssis” qeyd etmələri xahiş olunur.