Yaxın günlərdə “AtaSığorta”nın Gəncə nümayəndəliyi fəaliyyətə başlayacaq.
FED.az-ın əldə etdiyi məlumata görə, yeni nümayəndəlik şəhərin Şah İsmayil Xətai prospekti 203.C ünvanında yerləşir. Baş ofisdə müştərilərə təklif olunan sığorta xidmətləri bu nümayəndəlikdə də keçərli olacaq.
Məlumata görə, yeni nümayəndəliyə əvvəllər “Standard Sığorta” şirkətinin Gəncə filialının müdiri olmuş Bahadur Hüseynov rəhbərlik edəcək.
Qeyd edək ki, B.Hüseynov cəmi bir neçə ildir (7 il) ki, sığorta sahəsində çalışır. B.Hüseynov “Standard Sığorta” şirkətinin Gəncə filialında satış üzrə baş mütəxəssis, daha sonra isə nümayəndəliyin direktoru olub.
B.Hüseynov 2018-cı ilin yanvar ayından öz ərizəsi əsasında “Standard Sığorta” şirkətindən uzaqlaşıb.
Xatırladaq ki, “AtaSığorta” 2004-cü ilin sentyabr ayından fəaliyyətə başlayıb. Şirkət
ölkənin ən çox xidmət şəbəkəsinə malik olan sığortaçılarından biridir. Hazırda şirkətin 14 filialı, 17 nümayəndəliyi və 7 satış ofisi fəaliyyət göstərir.
“Standard Sığorta”dan çıxan işçiyə “AtaSığorta”da iş verildi
11:33
15 Dek 2018