Azərbaycanın “Standard Insurance” Sığorta Şirkəti yeni nümayəndəliyinin açılışına hazırlaşır. Bu barədə FED.az saytına şirkətin İdarə Heyətinin sədri Anar Sadıqov məlumat verib.
Onun sözlərinə görə, yeni nümayəndəlik cənub zonasında - Cəlilabadda yerləşir: “Hazırda nümayəndəlik fəaliyyət göstərir. Lakin nümayəndəliyin rəsmi açılış mərasimi bu ilin birinci rübü ərzində olacaq” - deyə sədr bildirib.
Xatırladaq ki, “Standard Insurance” 2002-ci ilin fevral ayından fəaliyyət göstərir.
“Standard Insurance” yeni nümayəndəliyinin açılışına hazırlaşır
14:41
15 Yan 2019