Azərbaycanın “Standard Insurance” şirkəti bəzi səbəblərə görə Gəncə şəhərində yerləşən nümayəndəliyinin yerini dəyişib.
Bu barədə FED.az saytına şirkətin İdarə Heyətinin sədri Anar Sadıxov bildirib.
A.Sadıxovun sözlərinə görə, hazırda şirkətin Gəncə ofisi Əttarlar küçəsi 137 ünvanında fəaliyyət göstərir. Əvvəlki ofis isə şəhərin Əlövsət Məmmədov küçəsində olub.
“Standard Insurance” 2002-ci ilin fevral ayından fəaliyyət göstərir.
“Standard Insurance” Gəncə ofisinin ünvanını dəyişdi
17:36
7 Yan 2019