Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) Hüquq komitəsinin sədri “Atəşgah” Sığorta və “Atəşgah Həyat” Şirkətinin Hüquqi təminatı şöbəsinin rəhbəri Səbuhi Mikayılov təyin edilib. Bu barədə FED.az-a Assosiasiyadan məlumat verilib.
Səbuhi Mikayılov 1998-2002-ci illərdə Bakı Dövlət Universitetində beynəlxalq hüquq ixtisası üzrə təhsil alıb, 2004-cü ildən etibarən əmək fəaliyyətinə başlayaraq fərdi qaydada hüquq xidmətləri göstərib.
2006-cı ildən sığorta sektorunda fəaliyyət göstərən S.Mikayılov sığorta sahəsində yarımçı fəaliyyət göstərən şirkətdə hüquq xidmətinin rəhbəri, bir sıra şirkətlərdə hüquqşünas kimi fəaliyyət göstərib.
Qanunvericilik və onun təhlili üzrə kifayət qədər bilik və bacarığa malik olan S.Mikayılov, eyni zamanda, sığorta sahəsi üzrə də təcrübə və səriştəyə sahibdir. Nəzərinizə çatdırmaq istərdik ki, S. Mikayılov 2011-ci ildən hal-hazıradək “Atəşgah” və “Atəşgah Həyat” sığorta şirkətlərinin hüquq xidmətlərinə rəhbərlik edir.
Azərbaycan Sığortaçılar Assosiasiyasının 26 Fevral 2018-ci il tarixli Müşahidə Şurasının qərarına əsasən, Azərbaycan Sığortaçılar Assosiasiyasının Hüquq komitəsinin sədri təyin edilən S.Mikayılov Hüquq komitəsində qaldırılan məsələlər, onların qanunvericilik nöqteyindən araşdırılması, həlli istiqamətində təkliflərin verilməsi sahəsində öz səylərini göstərir və sığorta bazarının daha təkmil qanunverici baza üzərində fəaliyyətinin təmin edilməsi üçün çalışır.
Sığortaçılar Assosiasiyasında - TƏYİNAT
18:59
3 May 2018