FED.az saytı oxucuların marağını nəzərə alaraq sığorta şirkətlərinin feysbuk və instaqram səhifələrində nə qədər aktiv olmalarını araşdırıb. Nəticələr isə onu göstərib ki, sığorta şirkətlərinin hamsının feysbuk səhfəsi olsa da, yalnız 21 sığorta şirkətindən 7-nin (“Qala Sığorta”, “A-Group”, “Paşa Sığorta”, “Günay Sığorta”, “Xalq Sığorta”, “PAŞA Həyat” və “Rəvan Sığorta”) instaqram səhfəsi var.
Araşdırmalar nəticəsində məlum olub ki, feysbukda ən çox izləyicisi olan “Günay Sığorta” şirkətidir. Lakin 70 min izləyicisi olan şirkət reytinq göstəricisini bağlayıb. Qeyd edək ki, feysbukda 21 sığorta şirkətindən yalnız 9 sığorta şirkətinin reytinq göstəricisi var, qalan 12 şirkət isə reytinq göstəricisini bağlayıb.
Feysbukda ən çox reytinqi olan, 7 min izləyiciyə malik və maksiumum 5 balla qiymətləndirilən “Qala Həyat Sığorta” şirkətidir.
İnstaqram səhifəsi olan 6 sığorta şirkətindən ən çox izləyicisi olan şirkət isə “Qala Sığorta”dır. Bu şirkətin instaqram səhifəsində 4411 nəfər izləyicisi var.
FED.az saytı sığorta şirkətlərinin (28.08.2018-ci il üzrə göstəricilərinə əsasən) sosial şəbəkələrdə nə qədər aktiv olması ilə bağlı hazırladığı cədvəli təqdim edir:
Sığorta şirkətləri | Facebook (min) | İnstagram (min) | Verilən qiymət * | Ən son paylaşılan post | |||
f/səhifəsi | İns/səhifəsi | ||||||
Atəşgah Sığorta+Atəşgah həyat | + | 33 300 | - | - | - | 27.08.18 | - |
AXA MBASK | + | 13 807 | - | - | 3,8 | 27.08.18 | - |
Qala Həyat | + | 7 238 | - | - | 5 | 23.08.18 | - |
Paşa Sığorta | + | 57 792 | + | 2 418 | 4,2 | 22.08.18 | 22.08.18 |
Paşa Həyat Sığorta | + | 62 673 | + | 3 157 | 4,7 | 27.08.18 | 27.08.18 |
İpək Yolu Sığorta | + | 0,021 | - | - | - | 27.08.18 | - |
AtaSığorta | + | 24 271 | - | - | - | 27.08.18 | - |
Günay Sığorta | + | 70 835 | + | 0,518 | - | 28.08.18 | 21.08.18 |
AzSığorta | + | 33 264 | - | - | - | 26.08.18 | - |
Azərsığorta | + | 0,452 | - | - | - | 11.07.17 | - |
Qala sığorta | + | 0,910 | - | - | 2.8 | 23.08.18 | - |
Standart İnsurance | + | 7 962 | - | - | - | 24.08.18 | - |
A-Group Sığorta | + | 31 611 | + | 0,135 | 4,3 | 27.08.18 | 23.08.18 |
Xalq Sığorta | + | 5 744 | + | 0,880 | 4,8 | 28.08.18 | 27.08.18 |
Azərbaycan Sənaye Sığorta | + | 5 511 | - | - | - | 28.08.18 | - |
Bakı Sığorta | + | 23 120 | - | - | 4,3 | 27.08.18 | - |
Meqa Sığorta | + | 2 107 | - | - | - | 22.08.18 | - |
Rəvan Sığorta | + | 1 217 | + | 1.153 | - | 21.08.18 | 26.06.18 |
Əmrah Sığorta | + | 3 262 | - | - | 4,2 | 06.08.18 | - |