Fed.az ölkədə fəaliyyət göstərən sığorta şirkətləri üzrə sığorta paketlərinin qiymətlərini sizə təqdim edir.
18 sığorta şirkətindən yalnız 5-də kasko sığorta paketləri var. Bunlar: “AXA-MBASK” Sığorta; “Amrah Sığorta”; “Qala Sığorta”; “AzSığorta” və “Rəvan Sığorta” şirkətləridir. Bunlardan “Qala Sığorta” və “Axa MBASK” sığorta şirkətlərində mövcud olan paketlərdə franşiza yəni azadolma məbləği mövcud deyil.
Bu şirkətlərdən “AXA-MBASK” sığorta şirkəti o zaman kasko sığorta paketini təklif edir ki, şəxsin icbari sığortası da bu şirkətdə olsun, o zaman 49-99 manat aralığında ödəniş etməklə 500-1500 manat əldə etmək olar. Həmçinin bu zaman icbari sığorta məbləği 500 manat əlavə olaraq 5 500 manat olur və həmçinin qəza zamanı 100 manat şəxsin özünə verilir ki, sənəd xərclərini həll etsin, 50 manat isə qarsı tərəfə ödənilir.
“Rəvan Sığort” şirkətində “99 manata Kasko” paketi var və bu paketdəki franşiza məbləği o zaman ödənilir ki, qəzanı müştəri törədib. Əks halda qəza müştərinin günahı üzündən olmadıqda isə franşiza olmayacaq. Həmçinin bu sığorta paketində maşının dəyəri 10 min manatdan aşağı olmamalıdır.
“A-Group” sığorta şirkətinin «Göydəndüşmə təklif» paket idə bu baxımdan diqqəti cəlb edir. Paketin şərtlərinə görə sığorta haqqı avtomobilin dəyərinin 0,8%-i qədərdir. Bu ödəniş müqabilində avtomobil tam dəyəri qədər sığortalanır. İl ərzində bir neçə hadisəyə təminat verilir, bir şərtlə ki, hadisənin günahkarı qarşı tərəf olsun.
«Xalq sığorta» isə müştərilərin görüşünə «Partnyor kasko» paketi ilə gəlir. Burada 1997-ci ildən yuxarı avtomobillər sığortalanır. Sığopta haqqı avtomobilin dəyərinin 2%-i qədərdir, müqabilində tam dəyəri qədər sığortalanır. Azadolma (franşiza) məbləği 100 manatdır. «Xalq sığorta»nın bu məhsulundan müəlilmlər, həkimlər və «Xalq sığorta»nın partnyoru olan şirkətlərin əməkdaşlır istifadə edə bilərlər.
Qeyd edək ki, bəzi sığorta şirkətləri paket kaskoda il ərzində bir yox, bir neə hadisəyə sığorta verirlər. Bununla yanaşı, qeyd edək ki, belə paketlərdə hər hadisədən sonra paketi bərpa etmək üçün müəyyən ödəniş edilməsi tələb olunur.
Sığorta şirkətləri | Paket adı | İL | Müqavilə üçün ödəniləcək məbləğ(azn) | Alınacaq sığorta haqq (azn) | İldə neçə hadisəni sığortalayır | Franşiza (azadolma məbləği) |
“Qala Sığorta” | “Qala100” | 2003-dən yuxarı | 100-170 | 1500-2500 | 1 | yoxdur |
“AXA –Mbask” | İcbari+kasko | Fərq yoxdur | 49-99 | 500-1500 | Bir neçə hadisə | yoxdur |
“Az Sığorta” | “Peşəkar Sürücü” | 2000- dən yuxarı | 160-250 | 3000-5000 | Bir neçə hadisə | 100 manat |
“Rəvan Sığorta” | “99 manata Kasko” | 1999-dan yuxarı | 99-499 | 2 500-7 500 | 1 | 100 manat |
“A-Group” sığorta | “Göydəndüşmə təklif” | 2008-dən yuxarı | Avt. dəyərinin 0,8%-i | Avtomobilin tam dəyəri | Bir neçə hadisə | yoxdur |
“Xalq sığorta” | “Partnyor kasko” | 1997-dən yuxarı | Avt. dəyərinin 2%-i | Avtomobilin tam dəyəri | Bir neçə hadisə | 100 manat |