Azərbaycanda sərnişin avtobuslarını avto-icbari sığorta etdirmək istəyən şəxslərə təminat verməkdən imtina etməsi qanuna zidd bir haldır. FED.AZ xəbər verir ki, bu barədə tanınmış sığorta eksperti Aqşin Əlizadə bildirib.
A.Əlizadənin sözlərinə görə, hər bir sığortaçı çalışır ki, öz portfelini daha təmiz toplasın və onun protfelinin risklilik səviyyəsi və uyğun olaraq da zərərlilik dərəcəsi aşağı olsun. Bu səbəbdən də sığortaçılar bəzi hallarda yüksək riskli sığorta predmetlərini (o cümlədən daima yollarda hərəkətdə olan ictimai nəqliyyat vasitələrini) sığorta etməkdən imtina edir və ya həddindən artıq yüksək tarif təklif edirlər”.
Lakin “İcbari sığortalar haqqında” qanunun 23.3-cü maddəsinə əsasən sığortaçı müvafiq riskləri sığorta etdirmək üçün müraciət edən və sığorta marağı olan şəxslə icbari sığorta müqaviləsi bağlamaqdan imtina edə bilməz. Həmçinin avto-icbari sığorta üzrə qiymətlər qanunla müəyyən edilir və eyni sığortalılar üçün bütün sığortaçılarda qiymətlər sabit olaraq eynidir:
Buna görə də səlahiyyətli sığortaçıların avto-icbari sığorta etdirmək istəyən şəxslərə təminat verməkdən imtina etməsi qanuna ziddir və şikayət ediləcəyi təqdirdə bu hal aşkarlanarsa sığortaçı maliyyə nəzarəti orqanı tərəfindən cəzalandırıla bilər.
Qeyd edək, Azərbaycanda sərnişin daşıma ilə məşğul olan müəssisələr, daha dəqiqi avtobus şirkətləri avtobuslarını sığortalamaq poblemi ilə üzləşibmişdi. Belə ki, sığorta şirkətləri, avtobusları, xüsusilə də Bakı şəhəri daxilində marşrutlarda fəaliyyət göstərən avtobusları icbari növ üzrə sığortalamaqan imtina edirdirlər. İş o yerə çatmışdı ki, Bakının ən iri sərnişin daşıyıcılarından olan ”Xaliq Faiqoğlu” şirkəti də sığorta şirkətlərinin avtobusları sığortalamamasından şikayətlənmişdi.
Sığorta şirkətlərinin avtobusları sığortalamaması qanun ziddir – AQŞİN ƏLİZADƏ
10:11
25 Fev 2019