Azərbaycanda maliyyə qurumlarının əməkdaşlarının qanunvericilikdəki yeniliklərlə tanış edilməsi prosesi başlayır.
FED.az xəbər verir ki, «Mühasibat Uçotu haqqında» Qanuna edilmiş dəyişikliklər və bundan irəli gələn məsələlərin müzakirəsi ilə əlaqədar olaraq, Azərbaycan Mühasiblər və Risk Peşəkarlari Assossiasiyasi (ARPA) Maliyyə Nazirliyi və Vergilər Nazirliyinin Tədris Mərkəzinin birgə iştirakı ilə sığorta sahəsində fəaliyyət göstərən qurumların əməkdaşları üçün ödənişsiz “Workshop”lara START verir!
Bu məqsədlə Sizi 27 İyul 2018-ci ildə saat 16:00-da Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzində (METM) keçiriləcək “Mühasibat Uçotu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklərin ehtiva etdiyi müddəalarla bağlı qarşılıqlı fikir mübadiləsinə dəvət edirik.
Qanunda nəzərdə tutulan dəyişikliklərin tətbiqinin mümkün nəticələri ilə bağlı müzakirələr “Workshop”ların ümumi istiqaməti və müzakirə predmetini formalaşdırılacaq və bu proses qarşılıqlı əməkdaşlıq perspektivlərinin reallaşdırılmasında baza rolunu oynayacaqdır.