Sığorta portfelinin zərərlilik dərəcəsinin yüksək olması, habelə məcmu kapital göstəricisinin tələbdən aşağı olduğu halda sığorta şirkətinin lisenziyası dayandırıla bilər. Bu barədə FED.az Təhlil Qrupunun üzvü tanınmış sığorta eksperti Aqşin Əlizadə bildirib.
Onun sözlərinə görə, qeyd edilən hallarla bağlı maliyyə nəzarəti orqanının təqdimatlarına riayət etməyən sığortaçının lisenziyasının qüvvəsi (əgər sığortaçının məcmu kapitalının tələb olunan kapitala nisbəti 30% və ya ondan aşağı həddə deyilsə) müvəqqəti olaraq dayandırıla bilər.
Lakin, əgər məcmu kapitalın tələb olunan kapitala nisbəti 30% və ya ondan aşağı həddə düşmüşdürsə, sığortacı müflis olması ilə əlaqədar məcburi ləğv prosesinə cəlb oluna bilər.
Ekspert bildirir ki, burada önəmli olan sığorta portfelinin zərərlilik dərəcəsi deyil, daha çox kapital çatışmazlığıdır. Çünki inkişaf etmiş sığorta bazarlarında çox hallarda sığorta portfeli üzrə zərərlilik dərəcəsi 100%-i keçsə də sığortaçı investisiya gəlirlərindən mənfəətə çıxa bilir.
Sığorta şirkəti məcburi ləğv prosesinə nə vaxt cəlb olur? – AQŞİN ƏLİZADƏ
12:11
22 Fev 2019