Sığorta sahəsi üzrə Azərbaycan Respublikasının Mərkəzi Bankında (AMB) attestasiyalar keçirilib.
Mərkəzi Bank şirkətə sığorta agenti - LİSENZİYASI VERDİ
AMB-dan FED.az-a bildirilib ki, nəticələrə əsasən attestasiyada iştirak edən 4 namizəddən 2 nəfər keçid balını toplayaraq attestasiyanı müvəffəqiyyətlə başa vurub.
Qeyd edək ki, “Sığorta sahəsində attestasiyanın təşkili və keçirilməsi” Qaydasının 4.6-cı bəndinə əsasən sığortaçıda rəhbər vəzifəyə təyinatı nəzərdə tutulan şəxs və sığorta vasitəçiliyi fəaliyyətinə lisenziya almaq üçün attestasiyada iştirak edən şəxs 70 test tapşırığına düzgün cavab verdikdə attestasiyadan keçmiş hesab olunur.