2018-ci ildə Azərbaycanda Sığorta Hadisələri Reyestrinin yaradılması planlaşdırılır
2018-ci ildə Azərbaycanda Sığorta Hadisələri Reyestrinin yaradılması planlaşdırılır.
Bu tarix 2017-ci ildə “Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nin reallaşdırılmasına dair monitorinqdə qeyd olunur.
Monitorinqin məlumatına görə, Azərbaycan hökuməti ortamüddətli perspektivdə Sığorta Hadisələri Reyestrinin yaradılması çərçivəsində kompleks tədbirlərin keçirilməsini nəzərdə tutur.
Eyni zamanda, Reyestrin istifadəyə verilməsi 2018-ci ilin planına daxil olunub. Reyestrin yaradılmasına məsul orqan kimi Kənd Təsərrüfatı Nazirliyi təyin edilib.