Azərbaycanda sığorta sektorunun inkişaf etdirilməsi üçün bazarın böyük potensialı mövcuddur.
Sığorta üzrə peşəkar ekspert Aqşin Əlizadə FED.az saytına bildirib ki, bazarın potensialı istər həyat, istərsə də qeyri-həyat sığortası üzrə xüsusilə də əmlak və kasko məhsulu üzrə daha geniş imkanlara malikdir.
Fikrimcə, bazarın inkişafını sürətləndirmək üçün aşağıdakı kompleks tədbirlər həyata keçirilməsi mütləqdir. Bu kompleks tədbirlərə sığorta məhsullarının əlçatanlılığının təmin edilməsi (mikro sığorta və kooperasiya sığorta sistemlərinin tətbiqi, əməliyyat xərclərinin və sığorta məhsulunun maya dəyərinin aşağı salınması);
- insanlar üçün daha cəlbedici sığorta məhsullarının hazırlanması (xüsusilə də həyatın yığım sığortası, əmlak və KASKO sığortaları üzrə);
- Avto-icbari sığorta üzrə zərərlərin birbaşa tənzimlənməsi sisteminin qurulması;
- İnsanların sığorta sisteminə inamının artırılması və bu məqsədlə zərərlərin vahid qiymətləndirmə sisteminin yaradılması;
- müxtəlif peşə sahələrində sosial məsuliyyətin təmin edilməsi üçün yeni icbari sığorta növlərinin tətbiqi;
- elektron satışın dəstəklənməsi;
- sığorta sahəsində kompleks təbliğat və maarifləndirmə tədbirlərinin həyata keçirilməsi.
Düşünürəm ki, sadalanan kompleks tədbirlər nəzarətedici qurum və sığorta şirkətləri tərəfindən həyata keçirilərsə bazarda ciddi inkişafa nail olmaq olar.
Sığorta bazarının inkişafı üçün bu addımlar atılmalıdır – AQŞİN ƏLİZADƏ
09:40
27 Fev 2019