Azərbaycan sığorta bazarının ən məhşur şirkətlərindən olan “Xalq Sığorta” nümayəndəlik şəbəkəsinin coğrafiyasını genişləndir.Belə ki, şirkətin Sumqayıt, Cəlilabad, Göyçay, Yevlax, Şəki, Tovuz, Xaçmaz nümayəndəlikləri fəaliyyətə başlayıb. Bu barədə FED.az saytına şirkətin satış və marketinq şöbəsinin müdiri Emin Abdullayev bildirib.
E.Abdullayevin sözlərinə görə, şirkət xidmət şəbəkəsini genişləndirmək məqsədi ilə ölkə üzrə daha 7 nümayəndəliyini istifadəyə verib. Bu nümayəndəliklər vasitəsilə əhali qeyri-həyat sığortası sahəsinə aid icbari və könüllü sığorta növlərindən yararlana biləcək.
E.Abdullayev bildirib ki, “Xalq Sığorta” şirkəti Bakı ilə yanaşı regionda əhaliyə daha yaxın olmaq və onlara daha keyfiyyətli sığorta məhsulları təklif etmək məqsədi ilə növbəti həftə Şirvan nümayəndəliyinin açacaq. Bununla da, şirkətin nümayəndəliklərinin sayı 9-a çatacaq.
Xatırladaq ki, “Xalq Sığorta” 2005-ci ildən fəaliyyət göstərir. Şirkət 20-dən artıq könüllü və 3 icbari sığorta növünü uğurla gerçəkləşdirir.
Şirkət Azərbaycan sığorta bazarının ən iri iştirakçılarındandır, onun ödənilmiş nizamnamə kapitalı 46 187 500 manat təşkil edir.
Çoxşaxəli filial şəbəkəsinin sayəsində Şirkət Azərbaycan Respublikasının bütün ərazisində müştərilərin maraqlarının mühafizəsini təmin edə bilir. Partnyor və müştərilər qarşısında öhdəliklərin vaxtlı vaxtında həyata keçirilməsi sığorta bazarında şirkətə nüfuzlu ad və hörmət qazandırmışdır ki, yerli və xarici sığorta və təkrarsığorta şirkətləri ilə uzunmüddətli güvənli əməkdaşlıq əlaqələri bunu bir daha sübut edir.
Sığorta bazarının əsas iştirakçısı nümayəndəlik şəbəkəsini genişləndirir
15:15
11 Dek 2018