Azərbaycanın sığorta bazarı bu il və gələn il maraqlı yeniliklərlə üzləşəcək. FED.az xəbər verir ki, bu yeniliklərin kökündə ölkədə tətbiqi gözlənilən icbari tibbi sığorta və bir neçə gün əvvəl fəaliyyətə başlayan «ASAN finans» sistemi dayanır. Sığorta bazarı üzrə ekspert İlkin İbrahimov FED.az-a bildirir ki, icbari tibbi sığortanın işə düşməsi ilə dövlət tibbi sığorta bazarına daxil olur və nəticədə sığorta şirkətləri bu bazarın böyük hissəsini itirəcəklər. «ASAN finans»ın işı düşməsi isə müştərilərin avtomatik identifikasiyasına imkan yaratdığına görə, sığorta agentlərinin fəaliyyətinə ciddi zəbə dəyəcək. Əvəzində, bu yenilik sığorta şirkətlərinə indiyədək agentlərə ödədikləri 15-20% komissiya haqlarına qənaət etməyə imkan verəcək.
Ekspert yazır:
Növbəti ildən "İcbari Tibbi Sığorta"nın tətbiqi ilə bağlı Sığorta şirkətlərinin "Tibbi məhsul"larında ciddi enmələr müşahidə ediləcəyi heç şübhəsizdir. Çünki icbari tibbi sığortanın məcburiliyi və şirkətlərin də hər ay hər işçiyə bu məhsul üçün 2% ödəməli olması, sığorta şirkətlərinin təqdim edəcəyi sığorta məhsullarına marağı demək olar ki, çox böyük sürətlə aşağı düşəcəyi gözlənilir.
İcbari sığortaların sığorta şirkətləri tərəfindən satılması işsizliyin aradan qaldırılması və sığorta sektorunun inkişafı baxımından vacibdir. Əgər bunun əksi baş verərsə növbəti illərdə sığorta şirkətlərinin müflis olması heç şübhəsizdir. Sığorta eksperti kimi yaranan situasiyanı təhlil edərək çıxadığım qənaət ona əsas verir ki, Sığorta fəaliyyəti haqqında qanunun -müflisləşmə və ləğv prosesi zamanı prosesual hərəkətlərin dəqiqləşdirilməsi onu deməyə əsas verir ki, yaxın gələcəkdə sığorta sektorunda güclü zəlzələ baş verəcək. (simptomları AXAMBASK -la başlayıb)
Asanfinas-ın yaranması prosesi isə İcbari sığorta məhsullarının birbaşa onların vasitəsilə satışının təşkil olunmasına gətirib çıxaracağını ehtimal etmək olar. Bu həll variantı sığorta şirkətlərinin öz agentlərinə qanunda nəzərdə tutulmuş 15-20% komissiaydan çox məbləğinə cavab olaraq başa düşülə bilər. Neçə ildir ki, dövlət yumşaq siyasət apararaq xəbərdarlıqlarla və az sayda agentləri kənarlaşdırmaqla müdaxilə etmək istədi və nəticəsini görmədi. Nəhayət belə bir həll variantı ilə göstəriləcək ki, 15-20% komissiya ilə işləmək mümkündür.
Əlavə olaraq problem orada yaranacaq ki, sığorta hadisələrinin tənzimlənməsini kim həyata keçirəcək? Bunun da izahı ya ASANfinans ya da İSB ola bilər.
Dələduzluq halları ilə mübarizə hansı istiqamətdə olacaq? Polisdən F4 arayışının nəhayət elektron əldə olunmasını görə biləcəyik.