Azərbaycanda yeni yaradılmış "InsurALL" sığorta agentliyinin rəhbəri Əli Bayramov Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) icraçı direktoru təyin edilib. Bu barədə FED.az saytına Əli Bayramov məlumat verib.
Ə.Bayramovun sözlərinə görə, artıq o fəaliyyətini ARPA-da davam etdirəcək: "InsurALL" sığorta agentliyindən uzaqlaşdım. Agentliyin direktor vəzifəsini müvəqəti olaraq Selbin Ələkbarova icra edəcək”.
Qeyd edək ki, Qeyd edək ki, "InsurALL” MMC adlanan yeni sığorta agentliyi 2017-ci ilin sentyabr ayından etibarən fəaliyyətə başlamışdı. Şirkət digər sığorta agentliklərindən fərqli olaraq təkcə avtomobillərin icbari sığortası deyil, bütün sığorta məhsullarının satışını həyata keçirirdi. Hazırda isə şirkət fəaliyyətini passiv şəkildə davam etdirir.
Sığorta agentliyinin rəhbərinə vəzifə verildi
13:44
4 May 2018