“Rəvan Sığorta” ASC hüquqşünas vəzifəsi üzrə vakansiya elan edir.
İş yeri – Bakı şəhəri
Yaş həddi – 21-35
Təhsil – Ali
Əlaqə nömrəsi: 012-448-33-11
İş təcrübəsi – 1 ildən yuxarı
Email: [email protected]
İş barədə məlumat
1. Şirkətin hüquqi və qanuni maraqlarının etibarnamə əsasında məhkəmələrdə, digər dövlət orqanlarında, fiziki və hüquqi şəxslərin qarşısında müdafiəsinin təmin etmək;
2. Cəmiyyətə daxil olan hüquqi məsələlərlə bağlı məktub, ərizə və şikayətlərə müvafiq qaydada və müəyyən olunmuş vaxt ərzində cavablar hazırlamaq;
3. Şirkətin fəaliyyəti dövründə Subroqasiya hüququ yaradan bütün məsələləri araşdırmaq və həlli işini təşkil etmək;
4. Sığorta hadisəsi ilə əlaqədar zəruri olan məktubları tərtib etmək;
5. Qüvvədə olan qanunvericiliyin tətbiqi sahəsində yaranan mübahisəli məsələlərin araşdırılması məqsədilə aidiyyatı dövlət orqanlarına sorğu vermək;
6. Şirkətlə tərəf-müqabilləri arasında bağlanan müqavilələrin layihələrini hazırlamaq, təqdim edilən müqavilə layihələrini təhlil etmək və rəy vermək.
İş qrafiki: Həftənin 5 günü, saat 09:00-18:00;
Namizədə tələblər
- Ali hüquq təhsili;
- Kompüter biliyi: MS Windows, MS Office (Excel, Word, Outlook) Səviyyə: Əla
- Məsuliyyətli və işində dəqiq;
- Analitik düşüncə, ünsiyyət bacarıqları, çeviklik;
- İdarəçilik qabiliyyətlərinə malik olmalı, mövcud qanunvericiliyi bilməlidir.
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini [email protected] elektron ünvanına göndərmələri xahiş olunur.