“Qala Sığorta” şirkəti sığorta hadisələri haqqında məlumat mübadiləsinin keyfiyyətinin artırılması və bir mərkəzdən idarə olunmasını nəzərə alaraq yeni “Çağrı Mərkəzi”ni xidmətini istifadəyə verib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin verdiyi məlumata görə, yeni çağrı mərkəzinin yaradılmasında əsas məqsəd müştərilərə göstərilən xidmətin səviyyəsinin yüksəldiməsi və onların rahatlığını təmin etməkdən ibarətdir.
Müştərilər (012) 377 10 10 və (050) 253 55 35 nömrəsinə zəng etməklə “Qala Sığorta” şirkətinin təklif etdiyi bütün sığorta məhsulları, o cümlədən icbari və könüllü avtomobil sığortası, əmlak, tibbi sığorta və digər məhsullar haqqında geniş məlumat ala bilərlər.
Bundan əlavə, müştərilər “Çağrı Mərkəzi”ni yığımaqla sığorta hadisələri ilə bağlı məlumat verməklə yanaşı, eyni zamanda istək və təkliflərini də qeyd edə bilərlələr.
Qeyd edək ki, “Çağrı Mərkəzi” həftənin 7 günü 24 saat xidmət (24/7) göstərir.
Xatırladaq ki, “Qala Sığorta” şirkəti 30 sentyabr 2015-ci il tarixindən fəaliyyət göstərir. Şirkətin yeganə səhmdarı “AzRe Təkrarsığorta” ASC-dir.
Şirkət müştərilərinə baş ofis və 9 regional nümayəndəlik vasitəsi ilə qanunvericiliklə nəzərdə tutulan qeyri-həyat sığorta sahəsinin 23 növü üzrə, o cümlədən 19 könüllü və 4 icbari sığorta məhsulları üzrə xidmətlər göstərir.
“Qala Sığorta” 24/7 rejimli yeni “Cağrı Mərkəzi”ni istifadəyə verdi
17:12
7 Sen 2018