“Qala Sığorta” və “Qala Həyat” şirkəti Silahlı Qüvvələrinin yaranmasının 100 illiyi münasibəti ilə könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya start verib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində Silahlı Qüvvələrin hərbi qulluqçuları üçün könüllü sığorta məhsullarına 15-20%-dək güzəşt nəzərdə tutulub.
Bu güzəşdən yararlanmaq istəyənlər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər. Kampaniya 06 iyul tarixinədək qüvvədədir.
Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.
Qeyd edək ki, Ulu Öndər Heydər Əliyevin 1998-ci il may ayının 22-də imzaladığı fərmanla 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə general Səməd bəy Mehmandarovun rəhbərliyi ilə ilk əlahiddə Azərbaycan korpusunun yaradıldığı gün – “26 iyun Azərbaycan Sillahlı Qüvvələr Günü” elan edilib.
“Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi silahlı qüvvələrimizdə çalışan bütün hərbçilərin bayramını təbrik edir, onlara şərəfli peşələrində uğurlar arzulayır.
“Qala Sığorta” və “Qala Həyat”dan hərbçilər üçün XÜSUSİ KAMPANİYA
15:01
25 İyun 2018