"Qala Sığorta" ölkənin ən populyar şirkətləri sırasında - TOP 5
21:283 Avq 2018
Media Consulting and Services media monitorinq qrupu 2018-ci il iyul ayı üzrə məlumatların hesabatına yekun vurub. FED.az xəbər verir ki, media monitorinqin əhatəsinə daxil olan məlumatlar say, xarakter və məzmun üzrə təhlil olunub, sektorlar üzrə şirkətlərin media reytinqi hesablanıb.
Ay ərzində haqqında ən çox danışılan sığorta şirkətləri məlum olub. "Atəşgah" 112 məlumatla 1-ci, "PAŞA Sığorta" 108 məlumatla 2-ci,"AzSığorta" 67 məlumatla 3-cü olub. "Qala Sığorta" 57 məlumatla və "AXA MBASK" 51 məlumatla ilk beşliyə düşə bilib.
Qeyd edək ki, Media Consulting and Services media monitorinq qrupu 10 Televiziya, 55 çap və 600 on-line media daxil olmaqla 665-dən çox mənbəni, eyni zamanda sosial şəbəkələri izləyir. Şirkət hazırda 20 sektorun, o cümlədən Enerji-yanacaq, Telekommunikasiya, Bank, Sığorta, Otelçilik və Turizm, İnşaat, Ərzaq, Tibb, İçki, Avtomobil, Təhsil və sair sahələrin media monitorinqini aparır.