Azərbaycanın aparıcı sığorta şirkətlərindən olan «Qala Sığorta» 2018-ci ili 1,1 milyon manat mənfəətlə başa vurub. FED.az şirkətin hesabatına istinadən məlumat verir ki, ötən il şirkətin gəlirləri 21 milyon 265 min 170 manat, xərcləri isə 19 milyon 944 min 830 manat təşil edib.
Gəlirlərin 16,5 milyon manatı sığorta haqları, 1,2 milyon manatı təkrarsığortadan alınan sığorta ödənişləri, 3,06 milyon manat isə təkrarsığortaya ötürülən müqailələr üzrə komissiya haqları olub.
Ötən il «Qala Sığorta» 716,4 min manat həcmində investisiya gəlirləri ildə edib.
Ötən il «Qala sığorta»nın xərclərinin böyük hissəsini – 1,99 milyon manatını sığorta ödənişləri təşkil edib. 1,78 milyon manat isə sığorta haqqı olaraq qaytarılıb. Ötən il «Qala sığorta» təkrar sığortaya 12,3 milyon manat ödəyib.
Nəticədə, şirkət 2018-ci ili 1 milyon 320 min manat mənfəətlə başa vurub. 187,1 min manat vergini nəzərə alanda şirkərin xalis mənfəəti 1 milyon 133 min manat təşkil edib.
Ötən il «Qala sığorta»nın aktivləri 15 milyon manatdan 20,4 milyon manata yüksəlib. Şrkətin kapitalı isə 7,27 milyon manatdan 8,4 milyon manata qalxıb. Əvəzində şirkətin öhdəlikləri də 7,8 milyon manatdan 12 milyon manata yüksəlib.
«Qala sığorta» mənfəətini açıqladı- HESABAT
17:12
4 Aprel 2019