Azərbaycan sığorta bazarında yüksək inkişaf dinamikası ilə seçilən “Qala Sığorta” bu dəfə müştərisinə çevik və operativ dəstək olması ilə yadda qalıb.
Şirkətin İctimaiyyətlə Əlaqələr xidmətindən FED.az saytına verilən məlumata görə, “səyahət sığortası” növünü “Qala Sığorta”dan əldə edən müştəri Fransanın Kann şəhərində səfərdə olarkən səhhətində problem yaranıb. “Qala Sığorta” şirkəti əlaqə saxlayan müştəri səhhətindəki vəziyyəti izah edib. Şirkətin Tibbi Sığorta Departamenti əməkdaşlarının çevik və operativ davranışları nəticəsində müştəri dərhal müvafiq klinikaya yönləndirilib.
Məlum olub ki, müştərinin səhhətində yaranmış problem hipotaniyadır (qan təzyiqi düşməsi). Nəticədə müalicə xərcləri “Qala Sığorta” şirkəti tərəfindən tam qarşılanmışdır.
Qeyd edək ki, Azərbaycan sığorta bazarında geniş çeşidli məhsulları və çevik inkişafı ilə seçilən “Qala Sığorta” şirkəti 20 illik fəaliyyət tarixinə malikdir. Şirkət rebrendiq edərək 2015-ci ildən “Qala Sığorta” brendi altında yeni strategiya ilə fəaliyyətə başlayıb.
“Qala Sığorta” Fransadakı müştərisinə belə dəstək oldu
09:59
21 Fev 2019