“Dünyagöz” Bakı Xəstəxanasının həkim briqadası tərəfindən “Qala Həyat” və “Qala Sığorta” şirkətinin əməkdaşları üçün ödənişsiz göz müayinəsi səyyar xidməti təşkil edilib.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətindən verilən məlumata görə, hər iki şirkətin baş ofisində təşkil edilən səyyar müayinədə bütün əməkdaşlar ödənişsiz olaraq göz müayinəsindən keçiblər. Müayinələr nəticəsində peşəkar həkimlər tərəfindən görmə çətinliyi olan əməkdaşlara müvafiq tövsiyələr verilib.
Qeyd edək ki, göz müayinəsinin əsas məqsədi bəzən əlamətsiz keçən göz xəstəliklərinin erkən mərhələlərdə aşkarlanması, mövcud görmə çətinliklərinin araşdırılması və həmçinin görmə qabiliyyətinin qorunması üçün əməkdaşlara müvafiq dəstəyi göstərməkdir.
“Qala Həyat” 2011-ci ildən, “Qala Sığorta” şirkəti isə 2015-ci ildən fəaliyyət göstərir. Hər iki şirkətin əsas səhmdarı ölkənin ən iri sığorta qurumu olan “AzRe Təkrarsığorta” şirkətidir.
“Qala Həyat” və “Qala Sığorta”da pulsuz göz müayinəsi keçirilib
10:53
10 May 2018