“Qala Həyat” Sığorta ASC 2018-ci il üçün maliyyə nəticələrini açıqlayıb.
FED.az “Qala Həyat”ın “Mənfəət və Zərər” hesabatına əsasən xəbər verir ki, ötən il şirkətin əsas əməliyyat gəlirləri 15 mln 894,5 min manat, investisiya gəlirləri 1 mln 521,8 min manat, sair gəlirlər də 30 min 768 manat olub. Beləliklə, 2018-ci il üçün şirkətin cəmi gəlirlər 23 mln 231,6 min manat təşkil edib.
Ötən il şirkərtin əsas əməliyyat xərcləri 15 mln 501,3 min manat, sığorta ödənişləri 12 mln 349,2 min manat, sair xərcləri də 5 min 834 manat olub.2018-ci ildə şirkətin cəmi xərcləri 21 mln 159,5 min manat təşkil edib.
Yekunda “Qala Həyat” Sığorta 2018-ci ili 1 mln 688,6 min manat xalis mənfəətlə başa vurub. Xatırladaq ki, 2017-ci ildə şirkəti xalis mənfəəti 1 mln 288,7 min manat idi.Şirkətin mənfəəti 1 ildə 31,02% artıb.
FED.az “Qala Həyat” Sığortaın “Balans” hesabatına əsasən xəbər verir ki, ötən il şirkətin cəmi aktivləri ilin əvvəlinə nisbətən 3,14% azalaraq 37 mln 723,1 min manat, cəmi kapital isə 8,88% artaraq 20 mln 695,8 min manata yüksəlib.
Eləcə də bax: Sığorta şirkətindən “Diqlas”dakı yanğınla bağlı - AÇIQLAMA
“Qala Həyat Sığorta”nın mənfəəti kəskin artıb - HESABAT
09:16
28 Mart 2019