“Qala Həyat Sığorta Şirkəti”nin yeni ofisinin - RƏSMİ AÇILIŞI OLUB
16:25
1 May 2019
Bu gün “Qala Həyat Sığorta Şirkəti”nin Bakının Yasamal rayonu, İzmir küçəsi 5A ünvanında yerləşən yeni ofisinin rəsmi açılış mərasimi olub.
FED.az xəbər verir ki, açılış mərasimində yerli media nümayəndələri ilə yanaşı müxtəlif təşkilat və şirkətləri təmsil edən nümayəndələr və digər qonaqlar iştirak edib.
Daha sonra media nümayəndələri yeni ofisdə müştərilər və işçilər üçün yaradılmış şəraitlə tanış olublar.
Şirkətin İctimaiyyətlə Əlaqələr Xidmətinin rəhbəri Elnur Hüseynquluyev bildirib ki, yeni ofisə köçməkdə əsas məqsəd müştərilərə göstərilən xidmətin keyfiyyətini daha da artırmaq, eləcə də əməkdaşlar üçün yüksək səviyyəli ofis şəraiti yaratmaqdır:
“Qala Həyat” şirkəti olaraq əsas prioritet istiqamətlərdən biri həyat sığortası məhsulları barədə əhalini maarifləndirməklə yanaşı, bu məhsulların müştərilə əlçatanlığını təmin etməkdir. Ofisin yeni ünvana köçməsi də məhz elə bu sahədə görülən işlərdən biridir ki, müştərilər həftənin 5 günü səhər saat 09:00-dan 18:00-dək yeni ofisimizə yaxınlaşmaqla həyat sığortası məhsulları barədə ətraflı məlumat əldə edə bilərlər. Qeyd etməliyəm ki, “Qala Həyat”da müştərilərə həyat sığortası ilə yanaşı “Qala Sığorta” şirkətinin məhsulları da təqdim edilir”.
Qeyd edək ki, müştərilərinə daha da yaxın olmağı əsas prioritet seçən “Qala Həyat” yalnız paytaxt Bakıda deyil, “Qala Sığorta” şirkətinin bölgələrdə yerləşən xidmət şəbəkəsi vasitəsi ilə də vətəndaşlara həyat sığortası xidmətləri təklif edir.
Azərbaycanda ilk müddətsiz lisenziya alan “Qala Həyat” 2010-cu ildən fəaliyyətə başlayıb.