"Aqrolizinq" ASC əməkdaşların istehsalatda bədbəxt hadisələrdən sığortalanması üçün sığorta şirkəti seçib. Bu barədə FED.az-a "Aqrolizinq"dən məlumat verilir.
Seçim kotirovka sorğusu metodu ilə keçirilib.
“ Qala Həyat Sığorta” şirkəti sorğunun qalibi olub. Tərəflər arasında müvafiq müqavilə imzalanıb”, - "Aqrolizinq"dən qeyd ediblər.
“Aqrolizinq” ASC 2004-cü ilin oktyabr ayında təsis edilib və Kənd Təsərrüfatı Nazirliyinin strukturuna daxildir.
“Qala Həyat Sığorta” şirkəti 2011-ci ildən etibarən sığorta bazarında fəaliyyət göstərir və sığorta haqlarının yığım həcminə görə aparıcı şirkətlərin onluğuna daxildir. Şirkətin nizamnamə kapitalı 12 mln. 870 min manata bərabərdir.