“Qala Sığorta” və “Qala Həyat” şirkəti “02 İyul – Polis Günü” münasibətilə könüllü sığorta məhsulları üzrə xüsusi kampaniyaya start verib.
Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən verilən məlumata görə, kampaniya çərçivəsində daxili işlər orqanlarının bütün işçiləri üçün könüllü sığorta məhsullarına 15-20%-dək güzəşt nəzərdə tutulub.
Bu güzəşdən yararlanmaq istəyənlər istər “Qala Sığorta”, istərsə də “Qala Həyat” şirkətinə yaxınlaşmaqla könüllü sığorta məhsullarını əldə edə bilər.
Kampaniya 10 iyul tarixinədək qüvvədədir.
Məhsullarla bağlı daha ətraflı məlumat üçün (012) 377 10 10, (012) 404 77 44 və ya 1540 qısa nömrəsinə zəng etmək mümükündür.
Qeyd edək ki, ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-si Azərbaycanda Polis Günü elan olunub. Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmişdir. Hazırda Polisin sıralarında xeyli sayda "Milli Qəhrəman" adına, habelə orden və medallarla təltifə layiq görülənlər var.
“Qala Həyat” və “Qala Sığorta” şirkətinin kollektivi daxili işlər orqanlarında çalışan bütün polislərin bayramını təbrik edir, onlara şərəfli peşələrində uğurlar arzulayır.
Polislərə “Qala Sığorta” və “Qala Həyat”dan güzəştli sığorta
11:02
2 İyul 2018