«AXA MBASK» sığorta şirkətindən işindən çıxanların sayı durmadan artır. FED.az xəbər verir ki, şirkətdən daha bir menecer işindən uzaqlaşıb. Belə ki, şirkətin marketinq və ictimaiyyətlə əlaqələr departamentinin meneceri Rəşid Rəsulov öz ərizəsi ilə vəzifəsindən ayrılıb. R.Rəsulov bildirib ki, yaxın vaxtlar yeni təyinatı ilə bağlı icitmaiyyəti məlumatlandıracaq.
Qeyd edək ki, R.Rəsulov sığorta bazarında marketinq və PR üzrə peşəkar kadr kimi tanınır. O 11 il AXA MBASK-da çalışıb.
Xatırladaq ki, AXAMBASK fəaliyyətini kəskin məhdudlaşdırıb. Yanvar ayının əvvəlindən etibarən şirkət əksər sığorta xidmətləri üzrə yeni müqavilələr qəbul etməyi dayandırıb.