“PAŞA Sığorta” ASC namizədləri “Sistem administratoru” vəzifəsinə müraciət etməklə peşəkar komandanın üzvü olmağa dəvət edir.
Vəzifə və Öhdəliklər:
• Əməliyyat sistemlərinin qurulması, uyğunlaşdırılmasına idarə və nəzarət etmək
• Fiziki serverlər, “Router”, “Switch”, “Storage”-ların qurulması, idarə olunması və nəzarəti həyata keçirmək;
• Sistemlərin yüksək dərəcədə balanslaşdırılması və etibarlı işini təmin etmək;
• Yaranan texniki problemləri vaxtında aradan qaldırmaq;
• Məlumat təhlükəsizliyi üçün texniki nəzarət mexanizmlərini planlaşdırmaq, tətbiqinə nəzarət etmək;
• “Backup” sistemlərini quraşdırmaq, tələblərə əsasən uyğunlaşdıraraq nəzarəti həyata keçirmək;
• Şəbəkələrin fiziki və məntiqi struktur diaqramlarını qurmaq, İT prosedurları hazırlamaq
• Sistemlərin statusu, uğursuzluqları, pozuntuları, aparılan profilaktik işlər və tədbirlər barədə vaxtaşırı hesabat vermək;
• Şirkətin İT siyasət və prosedurlarına uyğun formada işləmək;
• İT əməliyyatlarında və texniki avadanlıqlar üçün maddi məsuliyyət daşımaq;
• Birbaşa rəhbərinin şifahi və yazılı göstərişlərini yerinə yetirmək;
• Şirkətin bütün məlumatlarının və iş prinsipinin məxfiliyini təmin etmək;
• Vmware vsphere virtuallaşdırma sisteminin idarəedilməsini və nəzarətini həyata keçirmək.
Bilik və bacarıqlar:
• İnformatika və ya riyazi sahədə ali təhsil arzu olunandır;
• Dəqiqlik, diqqətlilik, planlama və təşkilatçılıq qabiliyyəti;
• Məntiqi və analitik düşünmə tərzi və təşəbbüsskarlıq;
• CISCO Router və Switch-lərinin idarə olunması,
• Windows Server,
• Active Directory,;
• Müxtəlif kompüter sistemləri və şəbəkələr üzrə dərin biliklər;
• İnternet təhlükəsizliyi və məlumatların gizlilik prinsipləri üzrə dərin biliklər
• Azərbaycan dilinin əla, rus və ingilis dillərinin orta səviyyədə bilməsi;
• Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi.
Son müraciət tarixi: 28 fevral, 2018.
Zəhmət olmasa müraciət etdiyiniz vəzifənin adını “mövzü” bölməsində qeyd etməklə CV-nizi [email protected] ünvanına göndərin.