“Qala Sığorta”nın tərifə ehtiyacı yoxdur”, bu brend tək Gəncədə deyil, ölkədə tanınır
“Qala Sığorta” və FED.az saytının “Müştəri məmnuniyyəti” adlı birgə layihəsinin ilk qonağı ilə Qədim Gəncə şəhərində görüşdük. Müştərimiz Rəşid müəllim, olduqca maraqlı və dünya görüşlü bir insandır. Qeyd edim ki, Rəşid müəllim, “Qala Sığorta” şirkətinin Gəncə nümayəndəliyi fəaliyyəti başladığı vaxtdan şirkətin müştərisidir. Dediyinə görə, Gəncə nümayəndəliyi tərəfindən göstərilən xidmətlər onu o qədər razı salıb ki, hətta digər dost və tanışlara da “Qala Sığorta”nı məsləhət görür.
Rəşid müəllim, uzun müddətdir ki, ticarət sahəsində çalışır və qeyri-iş günü olmasına baxmayaraq bizə vaxt ayırıb müsahibiz oldu.
Sizə “Qala Sığorta” şirkətinin müştərisi Rəşid Xankişiyevlə olan müsahibəni təqdim edirik.
Rəşid müəllim, nə vaxtdan “Qala Sığorta” şirkətinin müştərisi oldunuz, sizi şirkətə cəlb edən nədir?
Gəncə şəhərində bir neçə sığorta şirkətinin filial və nümayəndəlikləri fəaliyyət göstərir. Demək olar ki, şirkətlər tərəfindən təklif olunan xidmətlərin çeşidi və tarifləri də eynidir. Əvvəllər avtomobilim başqa bir şirkətdə sığortalı olub.
“Qala Sığorta”nın Gəncə nümayəndəliyi fəaliyyətə başlayandan şirkətin müştərisi oldum. Şəhərdə dostlarımdan “Qala Sığorta”nın müştərilərə keyfiyyətli və operativ xidmət göstərdiklərini eşidirdim. Elə bu səbəbdən də 2018-ci ilin yanvar ayından şirkətin müştərisiyəm və seçimimdə də yanılmamışam. Etiraf etməliyəm ki, müştərsi olduğum gündən şirkət mənə çox doğmadır.
Şirkətin göstərdiyi xidmətlərin keyfiyyətindən razısınızmı?
Tək bir şeyi deyə bilərəm – peşəkar, gülərüz komanda! Bunlar müştəri üçün çox vacibdir. Nümayəndəlik rəhbəri Dəmir bəyin komandasında da bunun daimi şahidi oluruq. Bir məsələni qeyd etmək istəyirəm ki, bəzən elə olur ki, nümayəndəliyə avtomobili sığortalamağa gələrkən işçilər istər həyat, istərsə də qeyri-həyat sığortası növləri ilə bağlı o qədər ətraflı məlumat verirlər ki, müşrətinin sığorta biliyi daha da artır. Məsələn həyat sığortası ilə bağlı məlumatım yox idi, heç həyat sığortası şirkətlərinin olduğunu bilmirdim. İndi bilirəm ki, “Qala Həyat” sığorta şirkəti var onlar insan həyatını sığortalamaqla məşğuldur. Və yaxud bildim ki,
şirkətlər işçilərinin icbari həyat sığortası olmadığı halda şirkəti iri məbləğli cərimələr gözləyir və s.
Bütün bunlar nümyandəklik əməkdaşlarının müştərilərə dediklərindən yadımda qalıb. Onlar məhsulları təqdim etməklə eyni zamanda müştərilərin maarifləndirilməsi işini də görürlər. Belə bir xidmət göstərən şirkətdən kim razı qalmaz.
Rəşid bəy, bildiyimiz qədər, yol-nəqliyat hadisəsi zamanı avtomobilinizə ciddi ziyan dəymişdir. Siz sığorta ödənişinin verilməsi prosesində hər hansı bir gecikmə halına rast gəldiniz?
Hadisə baş verən zaman dərhal şirkətə məlumat verdik. Sığorta hadisəsi başverən gün məni dərhal “Qala Sığorta”nın Gəncə nümayəndəliyinə dəvət etdilər və əməkdaşlar tərəfindən sənədlərin toplanması və ödənişin verilməsi prosesini qanunvericiliyin tələblərinə uyğun formada izah etdilər. Hadisə baş verəndən bir neçə gün sonra nümayəndəiyin əməkdaşları tərəfindən sığorta ödənişinin mənim müvafiq bank hesabıma köçürüldüyü haqda məlumat verildi. Bu opreativlik və dürüstlük “Qala Sığorta”nın müştəriyə göstərdiyi yüksək keyfiyyətli xidmətin baris nümunəsi oldu.
Avtomobilinizə dəymiş zərərlə bağlı qiymətləndirilən məbləğ sizi qane etdimi?
Əlbəttə, dəymiz ziyanla bağlı qiymətləndirmənin nəticələri məni qane etdi. Mənə ayrılmış sığorta ödənişi məbləği avtomobilimin əvvəlki vəziyyətinə, hətta deyədim ki bəlkə də daha yaxşı vəziyyətə gətirilməsi üçün təmir xərclərini artıqlaması ilə qarşıladı. Bu işlərin operativ şəkildə həyata keçirilməsində nümayəndəliyin bütün əməkdaşlarına öz təşəkkürümü bildirirəm.
“Qala Sığorta”nı digər avtomobil sahiblərinə tövsiyə edə bilərsinizmi?
Uzun illər ticarət sahəsində çalışmağıma baxmayaraq, keyfiyyətli xidməti, opertivliyi daim qiymətləndirmişəm. “Qala Sığorta”nın keyfiyyətli xidmətləri barədə kiməsə tövsiyə etdikdə dərhal avtomobillərinin “Qala Sığorta”da sığortalı olduğunu deyillər. Bu isə şirkətə inamın yüksək olduğunu göstərir.
Əgər müştəri göstərilən xidmətdən məmnundursa demək ki, ümumilikdə şirkətdən məmnundur.
Güman edirəm ki, bu siyahı günü-gündən çoxalır. Çünki brend və keyfiyyət artıq sözünü deyir. Fikrimcə “Qala Sığorta”nın tərifə ehtiyacı yoxdur. Şirkət tək Gəncədə deyil, bütün ölkədə tanınır.
Müsahibə üçün təşəkkür edirik.
Cox sag olun
Müştəri Rəşid Xankişiyev: “Qala Sığorta"da keyfiyyətli xidmətin və operativliyin şahidi oldum
12:50
2 Noy 2018