"Sığorta fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa əlavələr edilir.
FED.az xəbər verir ki, əlavə müştərək sığorta ilə bağlıdır.
Əlavəyə görə, müştərək sığorta - müştərək sığorta fondu hesabına sığorta ödənişinin verilməsi, risklərin, o cümlədən fondda yaranan gəlir və zərərin bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.
Müştərək sığorta fondu - fiziki və hüquqi şəxslərin əmlak mənafelərinin müştərək sığorta əsasında sığorta etdirilməsi məqsədilə həmin şəxslərin ödədiyi, habelə dövlət büdcəsindən bu məqsədlə ayrılan vəsaitin məcmusudur.
Müştərək sığortaçı - müstəsna olaraq müştərək sığorta əsasında fəaliyyət göstərmək üçün müvafiq lisenziyaya malik olan sığortaçıdır.
Qeyd edək ki, Azərbaycanda aqrar sahədə risklərin müştərək sığorta mexanizmi tətbiq ediləcəkdir. Yaradılacaq müştərək sığortaçıya sığorta şirkətləri üzv olacaqlar.
Eləcə də bax: "Aqrar sığorta haqqında" - QANUN LAYİHƏSİ
©Marja