Tanınmış sığorta agenti Şahin İsmayılov öz fəaliyyətini “Ata Sığorta” da davam etdirəcək.
FED.az xəbər verir ki, bu barədə Ş.İsmayılov facebook profilində paylaşım edib.
“Mart ayinin 1-dən etibarən, sigortaciliq fəaliyyətimi "ATA SİGORTA" Şirkətində davam etdirəcəm.
Uzun illər portfelimdə, AXA MBASK Sigorta şirkətində mənimlə olan müəyyən qism müştərilərimi bu barədə artiq məlumatlandirmişam.Digər müştərilərim də,vaxti catdiqca məlumatlandirilacaq bu barədə.
Şirkət dəyişildi.Dəyişməyən isə,illərlə davam edən,müştəri məmnunlugu əsasinda qurulan iş prinsipimdir. Hər biriniz mənim ücün dəyərlisiniz. Hər birinizə Yaşil işıq və Xətasiz yol arzulayiram.”
Xatırladaq ki, ötən ayın sonu Ş. İsmayılov “AXA MBASK”dakı fəaliyyətini sonlandırmışdı.
Məşhur sığorta agenti öz fəaliyyətinə “Ata Sığorta”da davam edəcək
10:11
21 Fev 2019