Azərbaycan Mərkəzi Bankında (AMB) sığorta sektorunu tənzimlənməsi ilə bağlı yeniliklər hazırlanır. FED.az xəbər verir ki, yeniliklər həm sektora nəzarətin gücləndirilməsi, həm də sığorta mübahisələrinin daha sürətli həlli ilə bağlı olacaq.
Bu barədə sığorta eksperti İlkin İbrahimovun AMB-də «Sığora fəaliyyətinə nəzarət» və «İstehlakçılarla iş» deparamentin rəhbərliyi ilə görüşlərdə bildirilib. Ekspert bildirib ki, hazırda AMB tərəfindən bəzi sahələrdə yeniliklərə hazırlıq görülür. Bunlar aşağıdakılardır:
- Sığorta fəaliyyətinin inkişafı və ona nəzarət mexanizmləri üçün qanunvericiliyə təkliflər hazırlanır.
- Daha çox şikayət olunan sığorta şirkətləri xüsusi nəzarətə götürülür
- Müstəqil ekspertlərin bilik və bacarıqlarının artırılması üçün yaxın zamanlarda onlara bir neçə təlimlərin keçirilməsi. Müstəqil ekspertlərin siyahısında olan ekspertlərlə fərdi görüşlərin keçirilməsi və onların bu sahə üzrə təklifləri qeydə alınır.
- lisenziyalı sığorta agentləri üçün də müəyyən müddətdən bir təlimlərin keçirilməsi habelə onların da təklif və şikayətlərinin dinlənilməsi nəzərdə tutulur.
- Qanunvericilikdə olan boşluqlar və bu boşluqlardan istifadə olunaraq istehlakçıların hüquqlarının pozulduğu hissələrlə bağlı müəyyən təkliflərin hazırlanması.
Görüş zamanı bildirilib ki, AMB-nin «İstehlakçılarla iş» Departamentinə pandemiya dövründə 2000 müraciət edilib və 400 şikayət üzrə istehlakçılara 550 min manatdan çox kompensasiya ödənilib.