2017-ci ilin nəticələrinə görə, "Mega Sığorta" şirkətinin yığımları azalıb. FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının hesabatına istinadən xəbər verir ki, ötən il şirkət 16 miyon 854 min 267 manat olub.
Bu göstərici 2016-cı illə müqayisədə 16,9% azdır. Belə ki, 2016-cı ildə "Mega Sığorta"nın yığımları 20 milyon 272 min 711 manat olmuşdu.
Xatırladaq ki, "Mega Sığorta” ASC 2010-cu ilin oktyabr ayında fəaliyyətə başlayıb. 2012-ci ildə Maliyyə Nazirliyi tərəfindən müddətsiz lisenziya alıb. “Mega Sığorta” ASC müvafiq lisenziya əsasında 30 növ könüllü və 3 icbari sığorta növü üzrə xidmət göstərir.
"Mega Sığorta"nın yığımları azaldı
12:20
25 Yan 2018