“Günay Sığorta” ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən Kənan Əskərovu yaxından tanıyaq. FED.az xəbər verir ki, K.Əskərov 2004-cü ildə Hüquq fakültəsini və 2007-ci ildə Türk Sığorta İnstitununun (TSEV) “Yanğın və Mühəndislik sığortaları” ixtisasını əla nəticələrlə bitirib.
Əmək fəaliyyətinə 2003-cü ildə başlayıb, 40-dan çox hüquqi və bir elmi məqalələnin müəllifidir. Sığorta sahəsində fəaliyyətinə 2006-2011-ci illərdə “Xalq Sığorta” ASC-də başlayıb. 2011-ci ildən 2016-cı ilin iyun ayınadək karyerasını “Azərbaycan Sənaye Sığorta” ASC-də davam etdirib. 2016-cı il iyul ayından “Günay Sığorta” ASC-nin İdarə heyətinin üzvü, noyabr ayından İdarə Heyətinin sədr müavini vəzifəsinə təyin edilib.
2018-ci ilin avqust ayından “Günay Sığorta” ASC-də İdarə Heyətinin sədri vəzifəsinin icrasına başlayıb.
Eyni zamanda şirkətin daxili sığorta proqramının inkişafına yönəlmiş fəaliyyətə rəhbərlik edib. K.Əskərov 2011-ci ildən Daxili Auditorlar İnstitunun üzvü həmçinin 2011-2015-ci illər üzrə “Audit Azərbaycan” İnstitutunun İdarə Heyətinin üzvü olub. 2014-cü ildən etibarən Azərbaycan Sığortaçılar Assosiasiyasının Könüllü sığorta növləri üzrə komitənin üzvüdür. Sığorta, təkrarsığorta və daxili audit üzrə bir çox yerli və xarici - ABŞ, Almaniya, Rusiya, Gürcüstan, Türkiyə, İsveçrə və Fransa kimi ölkələrdə keçirilən kurs və seminarlarda iştirak edib.
Kənan Əskərovu yaxından tanıyaq
09:37
20 Avq 2018