«İpək yolu sığorta» ASC 2019-cu ilin birinci rübünün nəticələrini açıqlayıb. FED.az xəbər verir ki, ilk üç ayda «İpək yolu sığorta»nın cəmi gəlirləri 7 133 061 manat, cəmi xərcləri 6 558 054 manat olub.
Nəticədə «İpək yolu sığorta»nın birinci rübdə xalis mənfəəti 575 007 manat olub.
Xatırladaq ki, «İpək yolu sığorta» 2018-ci ilin 1-ci rübünü 501 044 manat mənfəətlə bitirmişdi. 2018-ci ili isə ümumilikdə 1 milyon 693 min 956 manat mənfəətlə bağlamışdı.
Eləcə də bax: “Günay Sığorta”nın fəaliyyətində - CİDDİ YENİLİKLƏR BAŞLAYIR
Son bir ildə şirkətin mənfəəti 15%-ə yaxın artıb.
Birinci rübdə İpək yolu sığortanın cəmi aktivləri 2018-ci ilin sonu ilə müqayisədə 67,4 % artaraq 50 milyon 84 min 722 manata yüksəlib.
Şirkətin kapitalı da artıb. «İpək yolu sığorta»nın cəmi kapitalı 2,6% artaraq 222 milyon 470 min 056 manatdan, 228 milyon 190 min 032 manata yüksəlib.