Belə ki, bu məqsədlə “Günay Sığorta” şirkəti şimal və cənub regionlarında yeni filiallarını müştərilərin istifadəsinə verməklə satış çoğrafiyasını daha da genişləndirmişdir.
Şirkətin “Quba satış ofisi” ölkənin şimal rayonlarını, xüsusilə Quba, Qusar, Xaçmaz, Siyəzən, Xudat şəhərlərini, “Masallı satış ofisi” isə cənub bölgəsini - Masallı, Lənkəran, Astara, Lerik rayonlarını əhatə edəcək.
Yeni istifadəyə verilmiş filiallarda şimal və cənub bölgəsinin əhalisi üçün, eləcə də hüquqi şəxslərə bütün növ sığorta xidmətləri və məhsulları təqdim ediləcək. Həmçinin bu osiflər vasitəsi ilə sığorta hadisələrinin tənzimlənməsi işləri də həyata keçiriləcək. Şirkət müştərilərə daha yaxın olmaq və onların rahatlığını təmin etmək məqsədi ilə yeni açılan satış-xidmət ofislərində həftə içi hər gün saat 09:00-dan 18:00-dək sığorta xidmətləri göstərəcək.
Şirkətin xidmət coğrafiyası daha da genişlənir...
Bununla yanaşı, açılış mərasimində şirkətin ali rəhbər heyəti, region rəhbərləri və qonaqlar çıxış edərək, şirkətin orta müddətli strateji planına uyğun olaraq yaxın zamanlarda filial və nümayəndəliklər şəbəkəsinin genişləndirilməsi bildirilib. Region rəhbərləri tərəfindən sığorta məhsulu əldə edən ilk müştərilər xüsusi hədiyyələrlə mükafatlandırılıb.
Yeni, müasir formatda hesabatlılıq...
Hər iki filialın rəsmi açılış mərasimindən sonra Lənkəran şəhırində şirkətin I rübünün yekunları ilə bağlı “Günay Sığorta” komandasının iclası təşkil olunub. İclasda maliyyə və əməliyyat göstəricilərinin müzakirəsi təşkil olunmuş, şirkətin müştəri məmnuniyyəti səviyyəsinin daha da artırılması istiqamətində atılacaq addımlar, əsas maliyyə göstəriciləri, fəaliyyət planları və orta müddətli strateji planın icra vəziyyəti ilə bağlı qərarlar qəbul edilib.
İlin əvvəlindən hiss olunan əsaslı dəyişiklik - SƏBƏB
Ümumiyyətlə, şirkətdəki inkişaf prosesinə nəzər yetirdikdə məlum olur ki, mövcud inkişaf meylləri cari ilin əvvəlindən hiss olunmaqdadır. Şirkətdəki institutsional dəyişiklik, korporativləşmə, əsas maliyyə göstəricilərindəki artım, sığorta portfelinin gəlirlilik dərəcəsinin artması, mənfəətlilik, eləcə də müştəri məmnuniyyəti səviyyəsinin artırılması şirkətdə ilin əvvəlində olan təyinatlarla bağlıdır. Belə ki, şirkətdəki qeyd olunan bütün irəliləmə və uğurlar Direktorlar Şurası sədrinin müşaviri Fuad Sadıqovun peşəkarlağının nəticəsi kimi qiymətləndirmək olar.
Qeyd edək ki, F.Sadıqov hələ AR Maliyyə Bazarlarına Nəzarət Palatasında çalışdığı dövlərdə də aktivliyi ilə seçilib. “Günay Sığorta” şirkətinin səhmdarlarının F.Sadıqovla bağlı müvafiq təyinat qərarından sonra şirkətə sanki yeni nəfəs gəlib. Şirkətin zərərdən mənfəətə keçməsi, sığorta portfelinin zərərlilik dərəcəsinin minuma enməsi, korporativ qaydaların hazırlanması, işçilərlə bağlı motivasiya proqmalarının işlənilib hazırlanması, satış şəbəkəsinin coğrafiyasının genişləndirilməsi və bütün bu kimi əsaslı dəyişikliklər F.Sadıqovun təyinatından sonra baş verib.
Xatırladaq ki, Azərbaycan sığota bazarında 26 illik fəaliyyəti olan "Günay Sığorta" ASC 1992-ci ildən qeydiyyata alınaraq fəaliyyətə başlayıb. Şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmətlər göstərir.