Səhiyyə naziri Oqtay Şirəliyev, İcbari Tibbi Sığorta Agentliyinin və McKinsey şirkətinin nümayəndələri ilə görüş keçirib.
İcbari Tibbi Sığorta Agentliyindən FED.az-a verilən məlumata görə, görüşdə Respublikada icbari tibbi sığortanın tətbiqi ilə bağlı ölkə başçısının tapşırığına əsasən bu sahədə səhiyyə sistemində həyata keçiriləcək islahatlar, səhiyyənin maliyyələşdirilməsi imkanları müzakirə edilib.
Həmçinin, 2019-cu il üçün qarşıda duran əsas məsələlər və bütövlükdə ölkə üzrə icbari tibbi sığortanın tətbiqinə dair hazırlanacaq strateji yol xəritəsi ilə bağlı ətraflı müzakirələr aparılıb.
Müzakirələrdə icbari tibbi sığortanın tətbiqi istiqamətində Səhiyyə Nazirliyinin, İcbari Tibbi Sığorta Agentliyinin və McKinsey şirkətinin nümayəndələrinin birgə əməkdaşlığın vacibliyi xüsusi vurğulanıb.