Azərbaycanda avtomobillərin icbari sığortası üzrə zərərlilik göstəricisi yenidən yüksək həddə çatıb.
Eləcə də bax: Azərbaycanda ən çox və ən az ödəniş edən sığorta şirkətləri – MƏBLƏĞLƏR, SİYAHI
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının göstəricilərinə əsasən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral aylarında sığorta şirkətləri avtomobillərin icbari sığortası üzrə 12 milyon 715,2 min manat sığorta haqqı toplayıblar. Elə həmin müddətdə isə bu sığopta növü üzrə ödənişlərin həcmi 9 milyon 897,3 min manat təşkil edib. Başqa sözlə, bu sığorta üzrə zərərlilik göstəricisi 77,8%-ə yüksəlib.
Qeyd edək ki, yanvar ayının nəticələri üzrə bu göstərici 83,4% idi. Başqa sözlə, avtomobillərin icbari sığortası sığorta şirkətləri üçün ənzərərli sığorta növünə çevrilib. Müqayisə üçün bildirək ki, ümumi sığopta bazarı üzrə zərərlilik göstəricisi heç 25%-ə də çatmır. İlk iki ayda sığorta şirkətləri topladıqları 132 819 min manat qarşısında müştərilərə 33 116 min manat ödəniş ediblər ki, bu da 24,9% deməkdir.
İcbari sığortada zərər 80%-ə çatır - SIĞORTANIN «BAŞAĞRISI»
09:01
6 Aprel 2019