Azərbaycanda həyat və qeyri-həyat sığortasının ümumi sığorta bazarında nə qədər paya malik olması sığorta sektoru ilə yanaşı bu sahəyə aid biznes adamları üçün də maraqlıdır.
FED.az MBNP-nın açıqladığı rəsmi məlumata istinadən xəbər verir ki, həyat sığortası üzrə yığımların ümumi məbləği 2018-ci ilin yanvar-iyul aylarında 208,945 mln. manat təşkil edib ki, bunun da ümumi sığorta yığımlarında xüsusi çəkisi 45,43% olub.
Xatırladaq ki, bu göstərici ötən il müvafiq olaraq 117,892 mln. manat və 36,52% olub.
Bu da o deməkdir ki, qeyd olunan hesabat dövründə (2017 yanvar-iyul, 2018 yanvar- iyul) həyat sığortası 77,22% artıb.
Qeyri-həyat sığortası üzrə toplanılan sığort haqlarının həcmi isə 250,907 mln. manat olub. Bu sığorta növlərinin ümumi yığımlarda payı 54,56% təşkil edib.
Ötən ilin yanvar-iyul aylarında bu göstərici 204,936 mln. manat, məcmu yığımlarda payı isə 44,56% olub. Son bir il ərzində qeyri-həyat sığortası üzrə artım 22,43% olub.
Xatırladaq ki, ölkədəki sığortaçılardan 21 sığorta şirkətindən 18 sığorta şirkəti qeyri-həyat sığortası sahəsində çalışırlar.
Qeyd edək ki, Azərbaycanda 21 sığorta şirkətindən 3 sığorta şirkəti (“Qala Həyat Sığorta”, “Atəşgah Həyat”, “PAŞA Həyat”) həyat sığorta üzrə ixtisaslaşmış şirkətlərdir.
Həyat və qeyri-həyat sığortası üzrə bazar payları
15:29
1 Sen 2018