Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) 2018-ci ilin yanvar-sentyabr ayları üzrə sığorta bazarının maliyyə göstəricilərini açıqlayıb.
FED.az MBNP-nin hesabatına əsasən xəbər verir ki, 2018-ci ilin 9 ayında həyatın yaşam sığortası üzrə yığımlar 194 mln. 168,8 min manat, ödənişlər isə 79 mln. 325,8 min manat olub. Ötən ilin eyni dövrü ilə müqayisədə həyatın yaşam sığortası üzrə yığımlar 98 mln. 672,9 min manat, ödənişlər isə 87 mln. 197,1 min manat təşkil edib.
Başqa sözlə, hesabat dövründə həyatın yaşam sığortası üzrə yığımların məbləği ilin əvvəlinə nisbətən 96,78% artıb, ödənişlər isə 9,03% azalıb.
Belə ki, bu il hər yığılan 100 manata görə 41 manat ödəniş edilibsə, ötən il hər yığılan 100 manata 88 manat ödəniş edilib.
Həyat sığortası üzrə yığımlar artıb, ödənişlər azalıb
17:43
30 Okt 2018