2019-cu ilin əvvəlindən etibarən əməkhaqqının həyatın yığım sığortasına yönəldilməsinə məhdudiyyətin tətbiq edilməsi həyat sığortası bazarının azalmasına səbəb olub.
FED.az Maliyyə Bazarlarına Nəzarət Palatasının aylıq statistikasına istinadən xəbər verir ki, 2019-cu ilin yanvar-fevral ayları ərzində həyat sığortaları üzrə cəmi 24 milyon 799 min manatlıq sığorta haqları toplanıb. Bu, 2018-ci ilin eyni dövrü ilə müqayisədə 31,5% azdır. 2018-ci ilin yanvar-fevral aylarında həyat sığortaları üzrə 36 milyon 224 min manat sığorta haqları toplanmışdı.
Həyat sığortası növlərindən biri olan və işçilərin yığım məqsədilə əməkhaqlarını yönəltdikləri həyatın yaşam sığortası üzrə tolanan sığorta haqlarının kəskin azalması cəmi həyat sığortası bazarının geriləməsinə səsəb olub. 2019-cu ilin ilk 2 ayı ərzində həyatın yaşam sığortası üzrə 18 milyon 202 min manat sığorta haqları toplanıb. 2018-ci ilin ilk 2 ayında bu məbləğ 27 milyon 785 min manat idi (34,5% azalma).
Müqayisə olunan dövrdə həyatın ölüm halından sığortası üzrə toplanan sığorta haqları 8 milyon 83 min manatdan 6 milyon 49 min manata düşüb.
marja
Sığorta sinifləri |
Sığorta haqları 2018 yanvar-fevral |
Sığorta haqları 2019 yanvar-fevral |
Sığorta ödənişləri 2018 yanvar - fevral |
Sığorta ödənişləri 2019 yanvar - fevral |
Həyat sığortası üzrə, o cümlədən: |
36 224,6 |
24 798,8 |
16 610,2 |
11 750,7 |
həyatın yaşam sığortası |
27 785,4 |
18 201,8 |
16 461,9 |
11 203,2 |
həyatın ölüm halından sığortası |
8 083,0 |
6 048,7 |
148,3 |
547,5 |
əmək qabiliyyətinin sığortası |
341,1 |
531,9 |
0,0 |
0,0 |
sağalmaz xəstəliklərdən sığorta |
15,1 |
16,4 |
0,0 |
0,0 |