Yeni heyətlə şirkətin İdarə Heyəti aşağıdakı kimi formalaşıb: K.Əskərov - İdarə Heyəti sədrinin vəzifəsini icra edən, İlkin Mirzəyev - İdarə Heyətinin sədr müavini və Vüqar Rəcəbov - İdarə Heyətinin üzvü kimi təsdiq edilib.
Qeyd edək ki, K.Əskərov yeni təyinatından əvvəl şirkətin idarə heyətinin sədr müavini vəzifəsini icra edib. İdarə Heyəti sədrinin vəzifəsini müvəqqəti icra etmiş Eldar Axundov isə öz istəyi ilə şirkətdən uzaqlaşıb.
