«Günay Sığorta» şirkəti özünü bu şirkətin əməkdaşı kimi təqdim edən şəxslərə qarşı dələduzluq ittihamı ilə bağlı açıqlama yayıb.
Şirkətdən FED.az-a bildirilib ki, məlumatda adı çəkilən Anar Aslanov adında şəxs şirkətin əməkdaşı deyildir və vətəndaş Mehdi Abbasovun idarə etdiyi “KamAZ” markalı yük avtomobili də “Günay Sığorta” ASC-də sığorta olunmayıb.
«Ona görə “Günay Sığorta” ASC ilə vətəndaş Mehdi Abbasov arasında sığorta münasibətləri ilə əlaqədar olaraq hər hansı hüquqi vəzifə və öhdəliklər mövcud olmamışdır. “Günay Sığorta” ASC-nin ən öndə gedən məqsədi müştəri məmnuniyyətinin artırılması və hər bir müştəriyə xüsusi diqqət yetirilməsindən ibarətdir. Lakin, vətəndaş Mehdi Abbasov şirkətin müştərisi olmadığı üçün hazırki vəziyyətlə bağlı dəstək göstərmək iqtidarında deyilik»-deyə açıqlamada bildirir.
Həmçinin şirkətdən o da bildirilib ki, Asif Abbasov adında vətəndaş “Günay Sığorta” ASC-nin rəsmi əməkdaşı olmayaraq şirkətin adından rəsmi bəyanətlərlə çıxış etmək hüququna malik deyildir.
«Günay Sığorta»dan «dələduzluq» ittihamına – CAVAB AÇIQLAMASI
18:10
9 Aprel 2019