Azərbaycanın “Günay Sığorta” şirkətinin Direktorlar Şurasının tərkibində yeni təyinat olub. FED.az xəbər verir ki, bu barədə şirkətin İdarə Heyətinin sədri vəzifəsini müvəqqəti icra edən Gülnarə Cavadova bildirib.
Onun sözlərinə görə, yeni dəyişikliyə əsasən şirkətin Direktorlar Şurası sədrinin müşaviri vəzifəsinə Fuad Həşim oğlu Sadıqov təyin edilib.
G.Cavadova bildirib ki, F.Sadıqov müşavir kimi öz vəzifəsinə ötən aydan başlayıb və hazırda şirkətin satış blokuna nəzarət edir.
Qeyd edək ki, F.Sadıqov maliyyə sahəsi üzrə təcrübəli mütəxəssislərdən hesab olunur. O Azərbaycanda bir çox maliyyə qurumlarında çalışıb.
Xatırladaq ki, Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" 1992-ci ildən fəaliyyət göstərir. 25 illik inkişaf tarixinə malik olan şirkət sığorta bazarında dayanıqlı mövqe tutmuş və fəaliyyəti ərzində müştərilərin inamını doğrultmuşdur.
Dünya sığortaçıları ilə əməkdaşlıq çərçivəsində şirkət Türkiyənin ən böyük sığortaçılarından olan «Anadolu Sığorta» şirkəti ilə 20 ilə yaxın birgə fəaliyyət göstərib. Eləcə də risklərin bölüşdürülməsi sahəsində dünyanın tanınmış sığorta və təkrarsığorta şirkətləri ilə, o cümlədən "Zurich", "ACE", "Allianz Türkiye", "FM Global", "İnqosstrach", "Azre Təkrarsığorta" və digər tanınmış şirkətləri ilə əməkdaşlığını davam etdirir.
Hazırda 7,7 milyon manat nizamnamə kapitalına malik olan şirkət müştərilərə 19 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
“Günay Sığorta” şirkətində - MARAQLI TƏYİNAT
14:25
5 Yan 2019