Banner

Sığorta

“Günay Sığorta” Gəncədə keçirilən məzun yarmarkasında aktiv iştirak edib

“Günay Sığorta” Gəncədə keçirilən məzun yarmarkasında aktiv iştirak edib | FED.az
16:24 27 May 2019
Azərbaycanın ilk özəl sığorta şirkəti olan "Günay Sığorta" ASC-nin Gəncə nümayəndəliyinin əməkdaşları Azərbaycan Texnologiya Universitetində (UTECA) keçirilən  məzun yarmarkasında iştirak edib. 

FED.az-ın Qərb Bürosunun verdiyi məlumata görə, bu münasibətlə "Karyeraya bizimlə başla” devizi altında keçirilən yarmarkada müəllim və  tələbə heyətinə “Günay Sığorta”-nın məhsulları haqqında geniş məlumat verilib.
Məzun yarmarkasında Günay Sığorta şirkəti tərəfindən təklif olunan müvafiq vakansiyalara tələbələrin marağı böyük olub.

Qeyd edək ki, cari ilin əvvəlindən etibarən yeni rəhbərliyin - Direktorlar Şurası sədrinin müşaviri Fuad Sadıxovun təyinatından sonra şirkətdə müsbətə doğru böyük dönüş yaranıb. Yeni rəhbərliyin düzgün istiqamətə yönəltdiyi strategiya nəticəsində şirkətin maliyyə göstəriciləriləri əsaslı şəkildə yaxşılaşması ilə yanaşı digər fəaliyyət sahələrində də aktivlik və dəyişiklik hiss olunur.  

Digər xəbərlər

Banner