Sığorta bazarındakı mövcud rəqabət səviyyəsi sığorta agentlərinin sığorta haqqlarında ciddi endirimlər etməsinə səbəb olmuşdur.
FED.az xəbər verir ki, qanunvericiliyə görə, sığorta vasitəçilərinə verilən komissiya haqqı sığorta haqqının 15%-ni keçməməlidir. Amma yüksək rəqabət nəticəsində bəzi şirkətlər nəinki 15%, hətta 25%, 30%, bəzən isə 35% endirim təklif edirlər. Burada məqsəd müştəri cəlb etməklə yanaşı həm də, daha yaxsı sığorta agentlərini iri komissiyalarla şirnikləndirmək və əməkdaşlığa cəlb etməkdir.
Bu davranışlar sığorta bazarında qeyri-sağlam rəqabətə və dempinqə səbəb olmaqla yanaşı, sığorta şirkətlərinin özünə də ciddi risklər yaradır, onlaın risklərinin idarə olunmasında problemlərə səbəb olur.
FED.az xəbər verir ki, sığorta mütəxəssisi Hikmət Allahverdi bildirib ki, ciddi nəzarət və cəzalandırma nəticəsində bu halların qarşısını asanlıqla almaq olar:
"Burada sığorta agentləri icraçılardır, hətta bu işi görən sığorta agenti olmayan (lisenziyasız) çoxları var. Bunlar haradan qaynaqlanır?! -Sığorta şirkətlərinin agentlərə-satıcılara qanunla müəyyən edilmiş komission haqlardan artıq mükafatlar verməsindən. Ümumiyyətlə bu mövzuda çox geniş danışmaq olar. Ümidverici hal odur ki, bu kimi endirimlər “icbari avtoməsuliyyət sığortası” üzrə satışlarda olur, digər sığorta növlərində geniş vüsət almayıb. Həm də ciddi nəzarət və cəzalandırma nəticəsində bu halların qarşısını asanlıqla almaq olar, yetər ki, buna istək olsun. Elektron sığorta satışları zamanla mütləq inkişaf edəcəkdir. Çünki bu zamanın tələbidir, bu bir dalğadır ki, qarşısını almaq mümükün olmayacaqdır".
Eləcə də bax: "2 faiz vergiyə görə sığorta vasitəçiləri icbari sığorta satışına fokuslanacaqlar"
FED.az, ©Marja