Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) 2019-cu ilin yanvar-fevral ayları üzrə Azərbaycanın sığorta şirkətlərinin göstəricilərini açıqlayıb. FED.az şirkətlərin yığım göstəricilərini təqdim edir.
Azərbaycanın sığorta bazarında bazarında lider mövqeyi son illər olduğu kimi «Paşa Holdinq»ə daxil olan «Paşa Həyat» və «Paşa Sığorta» şirkətləri tutur. Digər şirkətlərdən böyük fərqlə qabaqda olan iki şirkət birlikdə bazarın 61,9%-nə nəzarət edir.
Eləcə də bax: Sığorta şirkətləri 2018-ci ildə nə qədər qazanıb - MƏNFƏƏT/ZƏRƏR – YENİLƏNİR
Sonrakı yeri «Atəşgah» (8,3 milyon yığım) və «İpək Yolu» (6,8 milyon yığım) şirkətləri tutur. Son illər ərzində ilk dəfə olaraq «Meqa Sığorta» yığımın həcminə görə, sığorta şirkətlərinin ilk 5-liyinə daxil olub.
Ən az yığımlar isə "Naxçıvansığorta" ASC, “Amrah Sığorta” ASC və son illər sürətlə geriləmiş “Bakı Sığorta” ASC-də dir.
Ən çox sığorta haqqı toplayan şirkətlər – MƏBLƏĞLƏR, SİYAHI
13:48
5 Aprel 2019