Azərbaycan sığorta bazarında ən az sığorta haqqı toplayan şirkətlərin adı məlum olub.
FED.az saytı Maliyyə Bazarlarına Nəzarət Palatasının cari ilin yanvar-avqust ayları üzrə açıqladığı rəqəmlər əsasında həmin şirkətlərin siyahısını təqdim edir.
Məlum olub ki, bu ilin 8 ayında ən az sığorta haqqı toplayan “Rəvan Sığorta, “Bakı Sığorta”, “Amrah Sığorta” və “Naxçıvan Sığorta” şirkəti olub.
FED.az sizə ən az sığorta haqqı toplayan şirkətlərin siyahısını təqdim edir.
| Şirkətin adı | Sığorta yığımları (AZN) |
| “Rəvan Sığorta” | 1 079 000 |
| “Bakı Sığorta” | 682 300 |
| “AmrahSığorta” | 314 500 |
| “Naxçıvan Sığorta” | 174 600 |














